Niderland Ukrayna üçün 5 F-16-nı Rumıniyaya göndərib

Niderland Ukrayna üçün 5 ədəd F-16 qırıcı təyyarəsini Rumıniyaya göndərib.

APA xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin sözçüsü brifinq zamanı məlumat verib.

Qeyd olunub ki, Qərb ölkələrinin Kiyevə hərbi yardım çərçivəsində göndərilməsinə söz verdiyi döyüş təyyarələri ukraynalı pilotların təlim keçəcəyi Rumıniyaya göndərilməyə başlayıb.

Ukrayna hərbçilərinin təlim keçəcəyi mərkəz yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

Ukrayna Silahlı Qüvvələrinin F-16 qırıcılarından döyüşlərdə istifadə edə biləcəyi tarix dəqiq məlum deyil.

Pilotların uçuş hazırlığının ən azı altı ay çəkəcəyi gözlənilir.