
Rusiyada seçkilər: Sürpriz olacaq?
09:14 30.12.2023
Dünya
601
Rusiya Mərkəzi Seçki Komissiyasına Rusiya prezidenti vəzifəsinə namizədlərin irəli sürülməsi ilə bağlı 33 müraciət daxil olub. Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib. Onun sözlərinə görə, 9 şəxsin namizədliyini siyasi partiyalar, 24 şəxs isə özü öz namizədliyini irəli sürüb. Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Rusiyada keçiriləcək prezident seçkilərinin formal xarakter daşıdığı heç kimə sirr deyil.
Analitik vurğulayıb ki, bu, avtokratik rejimlərin xarakterik xüsusiyyətidir:
"Əslində Ukrayna müharibəsi fonunda seçkidə dəyişiklik gözləmək də yanlış olardı. Hazırda Rusiyanın gələcək taleyi həll edildiyi bir məqamda yeni bir kimsənin hakimiyyətə buraxılmasına Rusiya "dərin dövləti" imkan verməz. Eyni zamanda indiki kritik durumu V.Putindən başqasının idarə edə biləcəyi mümkünsüz görünür. Hesab edirəm ki, seçkidə sürprizlər olmayacaq. Putinin qarşısına çıxan rəqib namizədlər sadəcə seçkinin rəngarəng keçməsi üçün bir bəzək ola bilər".

Ekspertin fikrincə, güclü rəqib kimi Putinin qarşısına çıxmaq üçün demokratik şərait lazımdır:
"Bu da Rusiyada yoxdur. Putinin isə öz rəqibləri ilə necə davrandığı göz önündədir Priqojin məsələsini hamı yaxşı bilir və yəqin ki, heç kim onun yerində olmaq istəməz. Güclü rəqib olmaq üçün Qərbə bağlı olmaq lazımdır. Amma Rusiya ilə Qərbin münasibətləri fonunda hansısa namizədin taleyi də Priqojindən fərqli olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial