İsrail tankları və artilleriyaları Livana zərbələr endirib

İsrail Müdafiə Qüvvələri (İMQ) hücumlara cavab olaraq Livana zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti özünün teleqram kanalında bildirib.

“Bu gün səhər saatlarında Livandan İsrail ərazisi istiqamətində çoxsaylı atışlar qeydə alınıb. SAXAL atəş mənbələrinə zərbələr endirib”, – məlumatda deyilib.

Bundan əlavə, cümə günü İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Livanın Blida bölgəsində Hizbullahın hərbi qanadının əməliyyat komanda məntəqəsinə zərbə endirib.

“Bu səhərdən etibarən İMQ tankları və artilleriyası Livanın bir sıra ərazilərinə hücum edib”, – mətbuat xidməti əlavə edib.