Kirman teraktında ölənlərin sayı artdı

İranın Kirman şəhərində qəbiristanlıq yaxınlığında törədilən partlayışlar nəticəsində ölənlərin sayı 91-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, partlayışlar nəticəsində daha iki yaralı ölüb

"Hazırda xəstəxanalarda 102 nəfərin müalicəsi davam etdirilir, onlardan 11-nin vəziyyəti ağırdır", - deyə bildirilib.