Qazaxıstanda zəlzələ olub

Qazaxıstanın Almatı şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olub.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Almatıdan 55 kilometr şərqdə, 10 kilometr dərinlikdə yerləşib.