Qəhrəman türk  əsgərləri  13 terrorçunu zərərsizləşdirib

Suriyanın şimalında terror əməliyyatları davam edir. Fərat Qalxanı və Zeytun Budağı bölgələrində təqib atəşi açan 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Terrorçuların təqib atəşləri cavabsız qalmır!“Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı Fərat Qalxanı və Zeytun Budağı bölgələrində sülh və təhlükəsizlik mühitini pozmaq üçün təcavüz atəşi açan 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib” - qeyd edilib.