Hollivudu silkələyən intihar! Prodüserin arvadı oteldə ölü tapılıb

Leonardo Di Kaprionun baş rolda çəkildiyi “Killers of the Flower Moon” filminin prodüserlərindən biri, “Oskar”a namizəd olan Bredli Tomasın həyat yoldaşı qaldığı oteldə ölü tapılıb. İzabelle Tomasın ölümü intihar olaraq qeydə alınıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, məşhur rejissor Martin Skorsezenin uzun müddətdir üzərində çalışdığı və Leonardo Di Kaprionun baş rolda oynadığı “Killers of the Flower Moon” kriminal dramı həm tamaşaçılar, həm də tənqidçilər tərəfindən tam qiymət alıb.

 
Film ən yaxşı rejissor, ən yaxşı film və ən yaxşı operator işi kimi kateqoriyalar üzrə Oskar mükafatına namizəd olub.

Filmin prodüserlərindən biri də Bredli Tomasdır. Tomasın həyat yoldaşından şok xəbər gəlib. 39 yaşlı İzabelle Tomas Los-Ancelesdə qaldığı oteldə həyatına son qoyub.


 
Daily Mail-in məlumatına görə, Tomasın ölümü intihar olaraq qeydə alınıb.

Los Anceles Polis Departamenti bir qadının hovuzun kənarında ölü tapıldığını və bəzi şahidlərin sözlərinə görə İzabelle Tomas hündür mərtəbələrdən birinin eyvanından özünü atıb. 

2018-ci ildə ailə quran cütlüyün iki övladı var.

İkili sonuncu dəfə yanvarın 13-də BAFTA-nın təşkil etdiyi çay süfrəsində görünüb.