Elon Musk hiddətlənib: Bayden hakimiyyətdə qalmaq üçün sərhəd qapılarını açır

Texnologiya milyarderi Elon Musk, ABŞ prezidenti Co Baydenin demokratların daimi təkpartiyalı dövlət yarada bilməsi üçün ölkəyə mümkün qədər çox qeyri-qanuni immiqrantı leqallaşdırmaq istədiyini söyləyib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Elon Musk bu qərara qarşı çıxaraq , demokratların daimi  hakimiyyətdə qalması üçün milyonlarla insanın bilərəkdən ölkəyə buraxıldığını bildirib.

Mask, sosial media hesabında Baydenin vəzifədə olarkən təqribən 11 milyon insana hüquqi statusun verilməsinə üstünlük verməyi planlaşdırdığını göstərən bir hesabat paylaşaraq prezidenti sərt tənqid edib.

Mask, "Baydenin strategiyası çox sadədir... 1. Ölkəyə mümkün qədər çox qeyri-qanuni insan gətirin. 2. Daimi çoxluq yaratmaq üçün onları qanuniləşdirin. Təkpartiyalı dövlət əldə edəcəksiniz. Ona görə də qeyri-qanuni immiqrasiyanı təşviq edirlər. Çox. sadə, amma təsirlidir" deyə bildirib.

İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) hesabatı göstərir ki, ABŞ-da qeydiyyatdan keçməmiş qeyri-qanuni immiqrantların sayı 2021-ci ildə 3,7 milyon, 2022-ci ildə təxminən 4,8 milyon, 2023-cü ildə isə təxminən 6,2 milyon olub.

Mask, öz paylaşımını X sosial media hesabının yuxarı hissəsində qeyd edib:  "Bu, niyə bu qədər az adamın deportasiya edildiyini izah edir, çünki deportasiya edilən hər bir insan itirilmiş səsdir".