Suriyanın şimalında 11 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalında həyata keçirilən terror əməliyyatında 11 terrorçu zərərsizləşdirilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın şimalındakı Zeytun Budağı və Fərat Qalxanı bölgələrində hücuma hazırlaşan 11 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Milli Müdafiə Nazirliyindən edilən şərhə görə, bir qrup terrorçunun Zeytun Budağı və Fərat Qalxanı bölgələrinə hücuma hazırlaşdığı müəyyən edilib.

Kəşfiyyat məlumatları əsasında həyata keçirilən əməliyyatda 11 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Nazirlik açıqlamasında "Terrorçuların hücum cəhdlərinə eyni şəkildə cavab verməyə davam edirik" deyə bəyanatda bildirilib.