İsrailin Qəzzaya hücumundan 4 ay keçdi: son 24 saatda 30 ölü

İsrailin Qəzzaya hücumundan 4 ay keçir. İsrail ordusunun təhlükəli olduğunu iddia etdiyi Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Belahda son 24 saatda daha 30 nəfər həyatını itirib.

Sherg.az xarici  mediaya istinadən xəbər verir ki, Qəzzada İsrail ordusu ilə HƏMAS və Xan Yunus arasında qarşıdurmalar davam edir. İsrail əsgərləri mülki əhalinin sığındığı Rəfah şəhərinə hücum edir.

Hökumətin Qəzzadakı media bürosundan verilən açıqlamada, İsrail ordusunun Deyr əl-Belahda mülki vətəndaşların evlərinə hava hücumu təşkil etdiyi və eyni bölgədəki məscidi bombaladığı bildirilib.

Açıqlamada, İsrailin təhlükəli  olduğunu iddia etdiyi və insanları köç etməyə məcbur etdiyi bu bölgədə son 24 saatda həyata keçirilən  hücumlarda 30 nəfərin öldüyü qeyd edilib.

Bəyanatda bunun İsrailin Qəzzada dinc əhaliyə qarşı apardığı soyqırım savaşının bir parçası olduğu, beynəlxalq hüquqa, humanitar hüquqa və insani hüquqa zidd olan bu qətliamlara yaşıl işıq yandıran İsrailin, eləcə də beynəlxalq ictimaiyyətin olduğu vurğulanıb. Bütün razılaşmalar, bu dəhşətli qırğından və Fələstin xalqına qarşı törədilən cinayətlərdən ABŞ rəhbərliyinin məsuliyyət daşıdığı bildirilib.