Erməni generalı NATO-nun iclasında iştirak etdi

Ermənistan Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyan çərşənbə axşamı videobağlantı vasitəsilə NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“General-mayor Yeroyan öz çıxışında Ermənistanın müdafiə sektorunun transformasiyasında NATO ilə əməkdaşlığın vacibliyini vurğulayıb və NATO-nun himayəsi altında sülhməramlı missiyalarda davamlı iştiraka sadiqliyini təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, görüşün keçirilməsində məqsəd aktual beynəlxalq və regional, o cümlədən NATO ilə tərəfdaş dövlətlər arasında əməkdaşlıq məsələlərin müzakirə edilməsidir.