HƏMAS Qəzzadakı iki rus girovu azad edəcəyinə söz verib

HƏMAS-ın Qəzzada qalan iki rusu azad edəcəyinə söz verdiyi bildirilir.

APA TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Boqdanov həmçinin onu da qeyd edib ki, bunun üçün ən azı bir müddət atəşkəsin olmağı lazımdır.

“Onların əlində hələ də iki rusiyalı girov var. Onları ala bilməyimiz üçün ən azından bir müddət də olsa sakitlik olmalıdır ki, HƏMAS vətəndaşlarımızı Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verə bilsin." – deyə Boqdanov bildirib.