Mamicanyan: Paşinyanı impiçment edəcəyik
10:04 06.10.2025
Cənubi Qafqaz
469
Ermənistan parlamentinin Dövlət və Hüquq Məsələləri Komitəsində müxtəlif “Şərəfim var” fraksiyasının “Milli böhran və idarəetmənin uğursuzluğu haqqında” bəyanat layihəsi müzakirə edilib.
Teleqraf xəbər verir ki, məsələ həm də Baş nazir Nikol Paşinyanın impiçmenti ilə əlaqəlidir.
Həmin layihəyə görə, “ölkədə fövqəladə vəziyyətin yeganə konstitusion həlli” Milli Məclisin baş nazirə etimadsızlıq ifadə etməsi prosesidir.
“İctimai təzyiq nəticəsində birliyin olmamasının və Nikol Paşinyanın Ermənistan Respublikasının baş naziri olaraq qalmasının hansı problemlərə səbəb olduğunu başa düşürsünüz, bu prosesi uğurla başa vuracağıq”, - fraksiyanın rəhbəri Hayk Mamicanyan bildirib.
Həmçinin o qeyd edib ki, bu, impiçment prosesi deyil, bəyanatın mətnidir.
Xatırladaq ki, baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6 deputatı var. “Ermənistan” fraksiyası isə parlamentdə 28 yeri tutur. İki fraksiyanın imzaları cəmi 34 edir, məsələnin parlamentin gündəliyinə salınması üçün isə 2 imza çatışmır.
Təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan təşəbbüsə dəstək verən yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
20:18 09.11.2026
Dünya
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
19:44 09.11.2026
Gündəm
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya