Monteneqrolu yazıçının əsəri Azərbaycan dilinə tərcümə olunub
18:01 06.01.2020
Ədəbiyyat
816
Monteneqro yazıçısı Mixaylo Laliçin "Toy" əsəri Azərbaycan dilinə tərcümə olunaraq “Azərnəşr”də çap edilib. Kitab Monteneqro Elmlər və İncəsənət Akademiyasının (MEİA) prezidenti, akademik Draqon Vukçeviçin tövsiyəsi, Azərbaycan Respublikasının Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri, professor Eldar Həsənovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb.
Kitabın redaktoru və “Ön söz” müəllifi, Əməkdar jurnalist Əlövsət Ağalarovdur.
MEİA-da D.Vukçeviçlə səfirliyin müşaviri Mahir Cəfərov arasında keçirilmiş görüşdə kitabın bir nüsxəsi akademiyanın prezidentinə təqdim olunub. Monteneqrolu alim, Azərbaycan oxucularının Mixaylo Laliç yaradıcılığı ilə tanış olacağından məmnunluğunu dilə gətirib. Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavid yaradıcılığının ən parlaq nümunələrindən olan “İblis” əsərinin ilk dəfə Monteneqro dilinə çevrilərək nəşr edilməsini və bu münasibətlə 2019-cu ilin oktyabr ayında Podqoritsa şəhərindəki Monteneqro Universitetində kitabın geniş müzakirə və təqdimatını xatırladan alim, qarşılıqlı şəkildə iki ölkənin görkəmli yazıçılarının əsərlərinin tərcümə edilərək nəşr olunmasının mühüm əhəmiyyət daşıdığını və bunun mədəni əlaqələrin güclənməsinə xüsusi töhfə verdiyini söyləyib.
Keçən ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti əsasında Bakıya səfərini xatırladan akademiyanın prezidenti iki ölkənin elm ocaqları arasında anlaşma memorandumu imzalandığını söyləyərək bildirib ki, bu sənəd təkcə iki ölkənin elmi qurumları arasında deyil, həmçinin daha geniş sahəni əhatə edən münasibətlərin təşkili və möhkəmlənməsinə töhfə verəcək. O, Azərbaycan alimlərinin məqalələrinin MEİA-da nəşri, eləcə də Monteneqroda müasir Azərbaycanın elm və incəsənətinin inkişafına dair dərslərin təşkili ilə bağlı təklif irəli sürdüyünü bildirərək, görüşlərdə, elmin müxtəlif sahələri üzrə müzakirələr aparıldığını, əməkdaşlığa dair ortaq qərarlar qəbul edildiyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm