Bakı Avropanın ən romantik şəhərləri sırasındadır

“TurStat” turist portalı Avropanın ən romantik şəhərlərinin reytinqini hazırlayıb.

Reytinqdə adı çəkilən on romantik şəhərin arasında Azərbaycanın paytaxtı Bakı da yer alır.

Avropanın ən romantik üç şəhəri isə Sankt-Peterburq, Paris və Minsk hesab edilir.

Portalda bildirilir ki, sevgililər həftəsonları təqdim olunan şəhərlərə romatik səfər təşkil edə bilərlər.