Rövzət Qasımov: "Bəzi namizədlər başa düşmür..."

"Namizədin şikayətinə ilk olaraq dairə seçki komissiyasında baxılmalıdır"

Namizədin şikayətinə ilk olaraq dairə seçki komissiyasında baxılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun fevralın 15-də keçirilən iclasında deyib.

MSK-nın hətta Mərkəzi Seçki Komissiyasının baxmalı olmadığı şikayətlərlə bağlı kifayət qədər iş gördüyünü deyən R.Qasımov bildirib: “Hüquqşünaslar və peşəkarlar yaxşı bilirlər ki, bir şikayətə iki komissiya tərəfindən baxıla bilməz. Namizədin şikayətinə ilk olaraq dairə seçki komissiyasında baxılmalıdır. Əgər bundan sonra namizəd DSK-nın qərarından narazı qalarsa, MSK həmin şəxsin müraciətinə baxacaq. Bunu bəzi namizədlər başa düşmür. Namizədlər DSK-ya ünvanlamalı olduğu şikayəti MSK-ya ünvanladığı üçün MSK ilkin mərhələdə bu şikayətləri DSK-lara göndərir”.