Tədqiqatçı-jurnalist Araz Yaquboğlu təltif edilib
Yusif Nəzərli
11:21 02.08.2022
Gündəm
923
"Laçın yurdu" jurnalının baş redaktorunun müavini, vikipediyaçı, tədqiqatçı-jurnalist Araz Yaquboğlu doğum günündə Dədə Ələsgər yaradıcılığına və ümumilikdə Azərbaycan aşıq poeziyasına göstərdiyi yüksək xidmətlərinə görə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin idarə heyətinin qərarı ilə birliyin ən ali mükafatı olan "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilib.
Qeyd edək ki, Araz Yaquboğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində doğulub. Əslən Göyçə mahalındandır. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Univеrsitеtinin "Sənayе və mülki tikinti" iхtisasını əla qiymətlərlə bitirib. 30 aprel 2010-cu ildən Azərbaycanca Vikipediyanın aktiv istifadəçisi, 23 sentyabr 2013-cü ildən isə Azərbaycanca Vikipediyada inzibatçıdır. Bu günə qədər vikipediyada 6000-dən çox səhifə yaratmışdır. Həmçinin Araz Yaquboğlu Azərbaycan dilində olan Vikipediya ilə yanaşı, Vikikitabın və Vikimənbənin də inzibatçısıdır.
Onun elmi və publisistik məqalələri, müəllifi olduğu kitablar onun püxtələşmiş tədqiqatçılıq qabiliyyətinə malik olduğunu sübut edir. Onlarla Böyük Vətən müharibəsində iştirak edən Göyçəlilər haqqında məlumatlar toplayıb, çap etdirmişdir. Göyçə mahalının bütün kəndlərinin kiçik icmal xarakterli məcmuəsini hazırlamışdır. O bütün varlığı ilə Ulu Göyçəmizə bağlı, Aşıq Ələsgərin, Göyçə saz-söz məktəbinin digər görkəmli nümayəndələrinin yaradıcılığını duyan, sevən, onlara vurğun ziyalılarımızdandır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi