"Xankəndi müqaviməti daha uzunmüddətli olacaq" - Siyasi şərhçi

"Ermənistan mediası azərbaycanlı aksiyaçıların Xankəndi yolundan çadırları daşıdığı haqda məlumatlar yayır"
Siyasi şərhçi Asif Nərimanlı deyib ki,  informasiyanın “təsəlli” xarakteri daşıdığı bəllidir, Ruben Vardanyanın “qaz haqda qələbə” çıxışı və “bu gün yol açıla bilər” açıqlamasından sonra belə məlumatların tirajlanması Qarabağdakı erməni əhalinin sakitləşdirilməsinə hesablanıb".

Şərhçi  vurğulayır ki, halbuki, aksiya yerinə daha böyük çadırlar aparılır:

"Son məlumatlara görə, kiçik çadırlar yağış və qarlı havada iştirakçılar üçün daha səmərəli olan çadırlarla dəyişdirilir. Yəni Xankəndi müqaviməti daha uzunmüddətli olacaq".