Ermənistan və Rusiya üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmir  - Politoloq

"Ermənistan 10 noyabr bəyannaməsinin 4-cü, 9-cu bəndini yerinə yetirmir".

Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, ümumiyyətlə, 4-cü bəndə silahlı erməni birləşmələrinin çıxarılmasını tamamilə qəbul etmir: 

"Halbuki, 10 noyabr bəyannaməsində hər hansı "Dağlıq Qarabağ müdafiə ordusu" sözü işlənmir. Belə məsələyə ümumiyyətlə yanaşma yoxdur. Ermənistan rəsmilərinin "müdafiə ordusu" dedikləri qanunsuz erməni silhahlı birləşmələrdir və onların çıxarılması mütləqdir. Əgər, 4-cü bənd yerinə yetirilmirsə, bəyannamənin 7-ci bəndi - əhalinin Xankəndi, Ağdərə və Xocavəndə qayıtması da mümkün deyil. Ermənistan bu bəndlərə əməl etməyəcəksə, niyə imza atıb?! Bəyannamənin imzalanmasından iki il keçib. Demək olar ki, Ermənistan və Rusiya üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə olan təqdirdə Azərbaycanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməlidir".