Rəsulzadə Bakıda 3 gün anılacaq

Bakıda  Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Milli Şurasının sədri, ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr edilən "II Beynəlxalq Rəsulzadə Qiraətləri" konfransının açılış törəni  keçirilib.
"Sherg az"ın  məlumatına görə, elmi konfrans  Azərbaycan Prezidenti İlham Əliyevin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamının oxunması ilə başlayıb.
Mərasimdə dövlət rəsmiləri, diplomatlar, aydınlar ,  Rəsulzadənin ailəsinin üzvləri -  nəvəsi Rais Rəsulzadə, baçısı nəvələri  , jurnalistlər, ictimai xadimlər və Rəsulzadəsevərlər iştirak edib. 
Azərbaycan Xalq artisti Alim Qasımovun böyük şair Zəlimxan Yaqubun Rəsulzadəyə həsr etdiyi şeirə bəstələdiyi mahnı konfrans iştirakçılarını riqqətə gətirib. 



 
Sonra "Rəsulzadə Ev Muzeyi" İctimai Qrupunun təmsilçisi professor  Solmaz Rüstəmova-Tohidi konfrans iştirakçılarını salamlayıb. 
Daha sonra konfransın təşkilatçıları Milli Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, Varşava Universitetindən Yan Malinski, Ankara Universitetinin rektoru Necdet Ünüvar (videoçıxış) və rejissor Vahid Mustafayev çıxış ediblər.
" ANS şirkətlər qrupu " nun prezidenti Vahid Mustafayev " Rəsulzadənin virtual ev muzeyi" vidiocarxını nümayiş etdirib.



 3 saatdan cox davam edən elmi toplantıda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi önəmindən, Rəsulzadənin fəaliyyətindən bəhs edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Elm və Təhsil Nazirliyinin rəsmi nümayəndəsi, Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri də konfrans zamanı çıxış edlib.
Sonda Rəsulzadə ailəsi adından Rəis Rəsulzadə  tədbir iştirakçılarına təşəkkürlərini bildirib.
Konfrans müxtəlif panellər üzrə fevralın 1- dək Azərbaycan Milli Tarix Muzeyində davam etdiriləçək, 60 - dək alim öz elmi yeniliklərini təqdim edəcəklər.