Alper Gezeravcı dünyaya qayıdır

Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu gün komandası ilə birlikdə dünyaya qayıdacaq. Gezeravcı iki həftəlik kosmos səyahəti zamanı cəmi 13 təcrübə həyata keçirib.
Sherg.az xəbər verir ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada son günlərini yaşayır.

Axiom Space şirkəti komandanın bu gün Türkiyə vaxtı ilə saat 17.50-də stansiyadan ayrılacağını bildirib. 

Gezeravcı Dragon kapsulunda komanda yoldaşları ilə birlikdə Orlando yaxınlığındakı okeana enəcəyi gözlənilir.