Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri “X” platformasında bildirib.

“Bu gün Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, qardaşım Mövlud Çavuşoğlu ilə faydalı görüşümüz baş tutdu.

Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq, postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq”, - Ceyhun Bayramov vurğulayıb.