Pezeşkiandan etiraf: Bu qədər urana ehtiyacımız olmaya bilər
13:10 04.10.2025
Region
323
“İranın nüvə silahı əldə etmək məqsədi yoxdur və olmayıb”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin “Fox News” telekanalına müsahibəsində deyib.
“Mən özüm də vəzifəyə gəldiyim gündən bəyan edirəm, ali rəhbər (Əli Xamenei) də rəsmən bildirib ki, İran öz doktrinasında nüvə silahına heç bir yer tanımır. Bütün danışıqlar boyu bu əsası bəyan etmişik və bu gün də edirik. Dünyanı əmin etməyə tam hazırıq ki, heç bir şəkildə nüvə silahı əldə etməyə çalışmırıq və çalışmayacağıq”, - prezident bildirib.
ABŞ kəşfiyyat orqanlarının və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bu mövzuda irəli sürdükləri səbəblərdən biri də İranın obyektlərində uranın zənginləşdirilməsinin 60 faiz səviyyəsinə çatması və bəzi obyektlərin yerin dərinliklərində olması ilə bağlıdır.
Bu faktlar bir çoxlarının məqsədin dinc nüvə proqramı deyil, nüvə silahı əldə etmək olduğuna şübhə etməyə səbəb olub.
Məsud Pezeşkian kanalın müxbirinin bununla bağlı sualına belə cavab verib:
“Düzdür, 60 faiz zənginləşdirmə səviyyəsinə ehtiyacımız olmaya bilər, amma biz o vaxt nüvə sazişini qəbul etdik və agentlik müəyyən edilmiş eyni çərçivələrə uyğun olaraq obyektlərimizə tam nəzarət edirdi. İstər yeraltı obyektlərdə olsun, istərsə də yerüstü - istədikləri vaxt gəlib yoxlayırdılar. Həmin sazişi pozan Amerika oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya