Gürcüstan Müstəqillik Gününü qeyd edir
Yusif Nəzərli
06:30 26.05.2022
Gündəm
349
Bu gün Gürcüstanda Müstəqillik Günü qeyd edilir.
“Report”un yerli bürosu xatırladır ki, 104 il öncə - 1918-ci ilin mayın 26-da Milli Şuranın qərarı ilə Gürcüstan müstəqil respublika elan olunub.
Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika sovet işğalınadək - iki il yarım mövcud olub. Bu dövrdə Gürcüstanın müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınıb.
Qonşu ölkə dövlət müstəqilliyini 70 ildən sonra - 1991-ci ilin aprelin 9-da bərpa edib.
Gürcüstanın dövlət bayramına həsr olunan əsas tədbirlər Tbilisidə Azadlıq meydanı və mərkəzi Rustaveli prospektində təşkil olunacaq. Mərasimin rəsmi hissəsində Gürcüstanın rəsmi şəxsləri və diplomatik korpusun nümayədələri iştirak edəcəklər.
Tədbirlər çərçivəsində hərbi texnika sərgilənəcək, hərbi xidmətə çağırılanların təntənəli andiçmə mərasimi olacaq. Yerli vaxtla saat 17:10-da bütün ölkə üzrə dövlət himni səsləndiriləcək. Bundan sonra hərbi təyyarə və helikopterlər Tbilisi səmasında Gürcüstan və Avropa İttifaqının bayraqları ilə uçuşlar edəcəklər. Bayram gününə Respublika meydanında qala-konsertlə yekun vurulacaq.
Dövlət bayramı Gürcüstanın bölgələrində də müxtəlif idman, əyləncəli və maarifləndirici tədbirlərlə qeyd olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya