Litva Azərbaycanla əməkdaşlığı genişləndirəcək
Yusif Nəzərli
00:30 19.05.2022
Gündəm
468
Azərbaycan və Litva liderləri mətbuata bəyanatlarla çıxış ediblər
Mayın 18-də Prezident İlham Əliyevin Litvanın dövlət başçısı Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub. Görüşdən sonra liderlər mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev Litva ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu deyib. Ölkə rəhbəri qeyd edib ki, Nausedanın səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək. Dövlət başçısı bildirib ki, Litva Prezidentinin səfəri çərçivəsində bir sıra tədbirlər baş tutacaq ki, onların arasında biznes forum da var: “İşgüzar dairələrimiz arasında praktiki fəaliyyətlə bağlı qarşılıqlı böyük maraq var. Əlbəttə, siyasi əlaqələrimiz, siyasi dialoq və regional vəziyyət bu gün müzakirə edəcəyimiz məsələlər sırasındadır və mən həqiqətən də şadam ki, biz Bakıda görüşmək imkanı əldə etmişik”.
“Azərbaycanla əməkdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik”
Litva Prezidenti Gitanas Nauseda bildirib ki, Azərbaycanla əməkdaşlığı genişləndirməyi səbirsizliklə gözləyir: “Litva-Azərbaycan ikitərəfli əməkdaşlığının perspektivlərini Prezident İlham Əliyevlə müzakirə etmək üçün Azərbaycanda səfərdəyəm. İqtisadi, nəqliyyat, enerji və təhsil sahəsində əməkdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik”. O qeyd edib ki, ikitərəfli münasibətlər və iqtisadi əlaqələr əhəmiyyətlidir: “Və şadam ki, məni işgüzar dairələri təmsil edən nümayəndə heyəti müşayiət edir. Onlar xüsusi tədbirdə iştirak edərək, mümkün iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər. Düzgün bilirəmsə, biz də orada açılış nitqi ilə çıxış edəcəyik. Əlbəttə, mədəniyyət və təhsil sahələri də vacibdir. Bizim iki universitetimizin rektoru və digər universitetləri təmsil edən nümayəndələr də Azərbaycanda səfərdədirlər. Onlar müştərək proqramları müzakirə edəcəklər ki, bu sahədə də əlaqələr daha yüksək səviyyəyə qalxsın.
Zənnimcə, ölkələrimiz arasında müəyyən coğrafi məsafə olsa da, xalqlarımız 1990-cı illərdən bəri mədəni əlaqələri yaxşı xatırlayır. Bu baxımdan, bu sahəyə də təkan verilməsi mühüm əhəmiyyət kəsb edir”.
“Biz Şərq Tərəfdaşlığı layihəsini də güclü şəkildə dəstəkləyirik”
Litva prezidenti deyib ki, onlar Şərq Tərəfdaşlığı layihəsini də güclü şəkildə dəstəkləyirlər: “Əlbəttə, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər mühüm əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Litva hər zaman Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında daha sıx dialoqu dəstəkləyib. Biz Şərq Tərəfdaşlığı layihəsini də güclü şəkildə dəstəkləyirik və bu məsələni də Sizinlə müzakirə etmək arzusundayıq”.
“Biznes forum ikitərəfli iqtisadi əməkdaşlığa təkan verəcək”
Nauseda bildirib ki, Azərbaycan-Litva biznes forumu ikitərəfli iqtisadi əməkdaşlığımıza təkan verəcək: “Forum bizneslərimizin birgə işləməsi üçün gözəl platforma rolunu oynayacaq. Azərbaycanın biznes nümayəndə heyətini Vilnüsdə qarşılamağı səbirsizliklə gözləyirik”.
Məlumat üçün bildirək ki, dünən Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda biznes forumda iştirak ediblər. Sonra Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub. Daha sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual