NATO İrandan Türkiyə ballistik raket atılması ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, açıqlamada mümkün təhlükələr qarşısında Türkiyəyə tam dəstək ifadə edilib.
“İranın Türkiyəni hədəf almasını qınayırıq. İran bölgədə ayrı-seçkilik etmədən hücumlarını davam etdirərkən, NATO Türkiyə də daxil olmaqla bütün müttəfiqlərinin yanında yer alır. Hava və raketdən müdafiə də daxil olmaqla, bütün sahələrdə çəkindiriciliyimiz davam edir”, - NATO vurğulayıb.
Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi bundan əvvəl İrandan Türkiyəyə doğru atılan raketin NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlamışdı.