Türkiyə səfiri Gürcüstanda yaşayan azərbaycanlılara çağırış edib
Yusif Nəzərli
12:56 25.05.2022
Gündəm
544
“Gürcü dilinin xüsüsi ilə gənc əhali arasında öyrənilməyə davam etməsi gənc azərbaycanlıların Gürcüstanda təhsilə davam etməsi, universitetlərdə, peşə məktəblərində peşə sahibi olmaları və ondan sonra ictimai həyatda iştiraklarına imkan verəcək”.
Bunu “Report”un yerli bürosuna müsahibəsində Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.
Səfirin sözlərinə görə, azərbaycanlılar Gürcüstanın dörd bir tərəfində öz töhfələrini verə bilərlər:
“Onlar müəllim, həkim, mühəndis olaraq sadəcə Marneuli bələdiyyəsində deyil, Tbilisi bələdiyyəsində, Telavidə, Kutaisidə, Sameqreloda niyə təmsil olunmasınlar?! Azərbaycanlılar Gürcüstanın dörd bir tərəfində öz töhfələrini verə bilərlər və məncə bu önəmli bir mövzudur”.
F.C.Yazqan Azərbaycan kökənli Gürcüstan vətəndaşlarının təhsilinin və sosial-iqtisadi vəziyyətinin inkişaf etdirilməsinin önəmli olduğunu bildirib: “Bunu sadəcə biz - Türkiyə Cümhuriyyəti olaraq etmirik. Bu sahədə Almaniya, İsveçrə, ABŞ-ın da töhfələri olur. Burada önəmli olan Gürcüstan hökumətinin həyata keçirdiyi layihələri dəstəkləmək və onlarla bərabər xalqın da bu layihəyə sahiblənməsidir. Türkiyə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) bu günə qədər Gürcüstanda sadəcə azərbaycanlılara deyil, eyni zamanda Zuqdididə, Butumidə, Acarıstanda, Kartlidə, Şida Kartlidə, Samtsxe Cavaxetidə bir çox layihələr reallaşdırıb”.
Xaınm səfir azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin böyük turizm potensialına da diqqət çəkib: “Hesab edirəm ki, bu bölgədə turizm sektoru mütləq inkişaf etdirilməlidir. Kvemo Kartlidə bu qədər gözəl yerlər ola-ola, belə qonaqpərvər xalq var ikən mütləq turizmin inkişafı üçün layihələrin edilməsi lazımdır. Bölgənin gözəl bulaqları, yaylaları var. Bunları tanıtmaq lazımdır. Türkiyədən Marneuliyə turist gəldiyi zaman harada istirahət edəcəyi, harada yemək yeyəcəyi, harada gəzəcəyi, oradan Bolnisiyə, Dmanisiyə gedəcəyi yolları bilməlidir. Fikrimcə, bu bölgəni turizmə mütləq qazandırılmalıyıq. Kvemo Kartlidə olarkən hər zaman turistlərin gəlişi, at yarışları, gözəl Azərbaycan və Gürcüstan milli mətbəx nümunələrinin təqdim edildiyi restoranı olan xoş bir yer təsəvvür edirəm. Bütün dünyada aqro turizm inkişaf etdirilir. Kəndlə turizmin birləşdirilməsi ilə kənd sakinləri əlavə gəlir əldə edir. Niyə Kvemo Kartlidə bu olmasın?! Bölgə, Dmanisi, Bolnisi velosiped turu üçün də çox uyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat