Üçtərəfli görüş:“Gerçək nəticələr...”- Sülhün hazırlanması yekunlaşır?
Yusif Nəzərli
12:13 24.05.2022
Gündəm
449
Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
Dövlət başçısı dünən Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib. Prezident görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub. Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.
Dövlət başçısı, eyni zamanda, bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzaladığını da vurğulayıb.
Prezident İlham Əliyev, həmçinin Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini diqqətə çatdırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.
Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.
Dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Qardaş ölkələrin telefon danışığını, tərəflərin mübasibətlərinin yüksək mərhələyə qədəm qoymasını
"Sherg.az" a dəyərləndirən politoloq Turab Rzayevin fikrincə, üçüncü Brüssel görüşünün əsas vəzifəsi əvvəlki toplantılarda əldə olunan nəticələrin möhkəmləndirilməsi, reallaşmasıdır:
" Rusiyanın buna qarşı çıxması, əhəmiyyətini azaltmağa çalışması, bölgədə sülhü yalnız özünün təmin edə biləcəyini göstərməsinə baxmayaraq, gerçək nəticələr qazanıldı. Birinci Brüssel görüşündə Zəngəzur dəhlizində yolun çəkilməsi ilə əlaqəli razılıq var idi, üçüncü toplantında təsdiqləndi.
İkinci görüşdə tərəflərin sərhədlərinin müəyyənləşməsi ilə bağlı, eləcə də, XİN yanında sülh kommisiyalarının yaranmasına dair qənaətə gəlmişdilər. Hətta XİN başçımız Ceyhun Bayramov erməni həmkarı ilə telefon danışığı baş tutmuşdu. Bu görüşdəki məsələlər də təsdiqini tapdı. Artıq sülh komissiyalarının tərkibi də müəyyənləşib.
Kommisiyalardan biri sərhədlərin aydınlaşması, digəri sərhədyanı rayonların icra başçıları ilə əlaqəlidir. Ola bilsin ki, Qazaxın işğaldakı 7 kəndi də geri qaytarılsın. Üçüncü komissiya isə su ehtiyatı ilə bağlıdır. Su qıtlığı olacaq. Azərbaycan içməli və kənd təsərrütafı üçün suvarma suyu ilə zəmanət alıb.
Sülh sazişinin hazırlanması yekunlaşmağa doğru irəliləyir. Rusiya dəfələrlə Paşinyanı çağırıb təhdid və şantaj etdi. Ermənistandakı "Qarabağ klanı" Paşinyan əleyhinə işlər görür, Rusiyaya dəstək verir. Buna rəğmən Avropa İttifaqı ( Aİ ) təyziqi və dəstəyi nəticəsində tərəflər arasında sülh prosesi inkifaş edir. Yaxın zamanlarda davamlə sülh müqaviləsinə doğru gedə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual