"Ümid edirik ki, əfv olunanlar Prezidentin verdiyi şansdan doğru yararlanacaqlar"

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Prezidentin imzaladığı əfv sərəncamı ilə bağlı bunları deyib:
  "Ölkə başçısının humanist və mərhəmətli siyasəti sayəsində bu əfv sərəncamından 213 nəfər məhkum yararlanıb.

Onlardan 167 nəfəri tam azad olunub, 1 nəfər ömürlük həbs cəzasından azad edilib, 36 nəfərin cəzası yarıya qədər azaldılıb, 3 nəfər şərti cəzaçəkmədən azad edilib, 6 şəxs cəzadan azad edilib.

 Əfv olunan şəxslərdən üçü əcnəbidir, biri Özbəkistan, biri İran, digəri isə Türkiyə Cümhuriyyətinin vətəndaşıdır. 27 şəxs hüquq-müdafiə təşkilatlarının siyahısında olan şəxslərdir. 

Onlardan üçü jurnalist və ya bloqerdir, üçü siyasi partiyaların üzvü, yaxud əlaqəli şəxslərdir, iyirmisi Gəncə hadisələri zamanı kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir, biri isə ömürlük azadlıqdan məhrum edilmiş şəxsdir".

 "Ümid edirik ki, həmin şəxslər Prezidentimiz tərəfindən verilmiş bu şansdan doğru yararlanacaq, cəmiyyət və ailələri üçün yararlı insan olacaqlar".

Nihat