
Yekun sülh müqaviləsi nə vaxta qədər hazırlana bilər?- AKTUAL
Yusif Nəzərli
12:09 25.05.2022
Gündəm
532
“Tezliklə həm sülh müqaviləsi bağlanacaq, həm Zəngəzur dəhlizinin açılışı, delimitasiya və Qarabağda yaşayan ermənilərin təhlükəsizıiyi ilə bağlı razılıq əldə olunacaq"
Xəbər verdiyimiz kimi, 22 may tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirilib. Daha sonra dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı. Komissiyanın sədri isə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevdir. Ötən gün onunla erməni həmkarı Mher Qriqoryan arasında görüşü keçirilib.
İlk iclas Ermənistan-Azərbaycan dövlətlərarası sərhədin delimitasiyası üzrə Komissiya formatında reallaşıb.Tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiqləyiblər. Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri ətrafında müzakirə aparılıb.Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. İkinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi nəzərdə tutulur.

Müzakirələrin əhəmiyyətini "Sherg.az"a şərh edən politoloq Cümşüd Nuriyevin fikrincə, Baş Nazir müavinlərinin görüşü bir çox məsələlərin önünü açdı:
"Ali Baş Komandan 44 gün ərzində yolu təmizlədi. Zəfərdən sonra bir çox qüvvə Ermənistanı Azərbaycanla sülh müqaviləsinə getməməyə məcbur edirdi. "Bəlkə də, qaytardılar" prinsipindən yanaşırdılar. Azərbaycan Prezidenti dəfələrlə yol göstərdi, maneələri aradan qaldırmaq iqtidarında olduğunu gündəmə gətirdi. Brüsseldə bir neçə siyasi maneə aydınlaşdı. Sərhədlərin müəyyənləşməsi, Azərbaycan ərazi bütövlüyünün tanınması, Qarabağ erməniləri, kommunikasiya xətlərinin açılması kimi əngəllər aradan qalxdı. Ermənistan da reallıqlıqla üzləşərək, komissiya görüşünü qəbul etdi.
Birinci görüşdə ilkin şərtlər razılaşdırılır. Sülh məsələsi münaqişədən sonra ən çətin danışıqlar mərhələsidir. Qalib ölkə daha çox iddialı görünür, uduzan dövlət məğlubiyyətini qəbullanmır. İnanıram ki, məsələlər müsbət istiqamətdə yönələcək".
Politoloqun qənaətincə, yekun sülh müqaviləsi ilin sonuna qədər hazırlana bilər:
"Hələki təsdiqlənmə ehtimalına ümid bəsləmirəm, çünki sərhədlərin müəyyənləşməsi ilə bağlı konkret mövqe yoxdur. Tərəflər hansı ilin xəritəsini əsas götürəcəkləri məlum deyil. Ermənilərin yeni ərazi iddiaları mümkünsüzdür. Əgər delimitasiya gerçələşəcəksə, Azərbaycan Ermənistanla 9 kilometr sərhədləri dəqiqləşdirəcək. 1992-ci ilin mart ayında BMT-yə girdiyi inzibati ərazilərin sərhədləri ilə birlikdə aydınlaşacaq. Onsuz da Azərbaycan məsələni Brüsseldə bu və ya digər formada həll etdi. Lakin artıq rəsmiləşməlidir.
Azərbaycanda yaşayan 40 minə yaxın erməni vətəndaşımız olduqdan sonra Konstitusiyamızdakı hüquqlardan yararlanacaqlar. Ermənilər üçün başqa çıxış yolu qalmayıb. Ermənistanda siyasilər camaatın hüquqlarını tapdalamaqla öz maraqlarına uyğun gələn hər şeyi həyata keçirməyə çalışırlar, amma müyəssər olmadılar. Amma hamısı yaxşı pul qazandı, varlandılar. Bunu da görməmək mümküm deyil.
Qüvvələrin yekun sülhə əngəl törətmə ehtimalı çox aşağıdır. Tezliklə həm sülh müqaviləsi bağlanacaq, həm Zəngəzur dəhlizinin açılışı, delimitasiya və Qarabağda yaşayan ermənilərin təhlükəsizıiyi ilə bağlı razılıq əldə olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat