Dördüncü uşağı olacaq, amma Məclisdəki işlərini axsatmır


Türkiyədə üç uşaq anası olan AKP-li millət vəkili Sabahat Özgürsoy Çelik yenə Böyük Millət Məclisinin gündəmindədir.

O, indi də dördüncü uşağına hamilədir. Millət vəkilinin, adını Hilal qoyacağı qızına qovuşmasına saylı günlər qalıb. Hamiləliyinin son günlərini yaşamasına baxmayaraq, Milli Məclisdəki işlərini axsatmayan Çelik üşağının ad gününü 5 marta işarə edib. Millət vəkili, dördüncü uşaq qərarında dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın "dörd uşaq, gənc ailə" tövsiyyəsinin də təsiri olduğunu ifadə edib.



Turan