Bakının Nərimanov rayonunda həyət evlərində yanğın başlayıb - YENİLƏNİB - FOTO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

14.59

Bakı şəhəri, Nərimanov rayonunda həyət evlərində yanğın başlayıb.

APA-nın məlumatına görə, bu gün saat 14.20 radələrində Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində həyət evlərinin birində başlayan yanğın qısa müddətdə qonşuluqdakı iki evə də keçib.

Saat 14.30 radələrində hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.