Bakıda daha bir yataqxanada yanğın oldu


Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda 1 ədəd dolab və televizor yanıb.

"Sürgün.az" ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yataqxana binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.