“Binə” ticarət mərkəzi su altında qaldı - FOTO

Gecə saatlarından yağan güclü yağış Bakının Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzini su altında qoyub. 

Oxu.Az xəbər verir ki, Lökbatanda yerləşən ticarət mərkəzindəki mağazaları su basıb. 

Hazırda sahibkarlar və satıcılar mağazalardan suyu təmizləməyə çalışırlar.

Qeyd edək ki, hər dəfə güclü yağış yağarkən “Binə” ticarət mərkəzində eyni problem ortaya çıxır.