İsmayıllıda minik avtomobili yük maşını ilə toqquşub: Ölənlər və yaralananlar var

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində İsmayıllı-Muğanlı yolunun Diyallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford Tranzit" markalı 23-BC-086 dövlət nömrə nişanlı yük maşını "VAZ 2107" markalı 10-FZ-877 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.  

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.