Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində baş verib.
Piyada keçidindən keçən, 1963-cü il təvəllüdlü Nəriman Nərimanov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Nərimanova Cəmalə İsmət qızını “Mitsubishi” markalı avtomobil vurub.
C.Nərimanova xəstəxanaya çatdırılıb. N.Nərimanov isə hadisə yerində ölüb. Avtotexniki ekspertiza təyin edilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.