Güclü külək Bakıda daha bir neçə ağacı aşırıb - FOTO

Güclü külək gecə saatlarında Bakıda daha bir neçə ağacı aşırıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. 

O bildirib ki, ötən gündən başlayaraq müşahidə edilən güclü külək paytaxt ərazisində ümumilikdə 10-dan çox ağacı kökündən qoparıb:

“Gecə saatlarından indiyə qədər paytaxtın Xətai və Nəsimi rayonlarında 10-a qədər ağacın budaqları sınıb. Bərpa edilməsi mümkün olan ağaclar bərpa edilib. Digərləri isə əməkdaşlarımız tərəfindən ərazilərdən götürülüb.

Birliyin əməkdaşları külək səbəbindən paytaxt küçələrində gücləndirilmiş iş rejimində çalışır. Yaranan fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür”.