Ailəsinin gözü qarşısında intihara cəhd etdi


Adanada elektron ticarətlə məşğul olan bir nəfər 10 min lirə borc olduğuna görə böhrana girərək ana, ata və bacısının yalvarmasına baxmayaraq özünü çaya adıb.
Hadisə Seyhan qəsəbəsinin Ziyapaşa məhəlləsində yaşanıb. İddiaya görə, Məmməd Ç. 10 min lirə borclanıb. Bu borcu heç cür ödəyə bilməyən evli və bir uşaq atası Məmməd Ç. Seyhan çayı üzərindəki dəmir körpüyə çıxıb.
Məmməd Ç.ı görən vətəndaşlar dərhal polis, sağlamlıq və xilasedici qruplarına xəbər veriblər. Qısa müddətdə hadisə yerinə gələn qrupları şəxsi razı salmağa çalışıb.
Ancaq həmin şəxs borcu olduğu üçün artıq yaşamaq istəmədiyini söylədi.
Bu zaman hadisəni eşidən Məmməd Ç.ın atası Şahin, anası Nur və bacısı Demet  Ç.də hadisə yerinə gəldi. Məmməd Ç.ı körpüdə görən ailəsi şok keçirdi.

Ana, ata və bacısı Məmməd Ç.ı özünü atmaması üçün yalvardılar.

Ancaq Məmməd Ç. inadından dönmədi. Ana Nur Ç. ağlayaraq, "Nə fayda sən öldükdən sonra, biz niyə yaşayaq. Siz varsınız deyə yaşayırıq" deyərək yalvardı.



Ata Şahin Ç. isə "Mən ölərəm, mən ölərəm, bundan sonra mən yaşasam nə olar" deyərək gözyaşlarına boğuldu.

 Məmməd Ç.ın bacısı "Ehtiyac yoxdur, qardaş, gəl danışaq nə olar, biz hamımız ölərik. Nə olar yetər ki, sənə bir şey olmasın. Uşağını düşün, biz ona nə deyəcəyik" deyə ağlayaraq qardaşını razı salmağa çalışdı. Ancaq Məmməd Ç. özünü körpüdən atdı.



Bütün həyəcana baxmayaraq Məmməd Ç. çayda gözləyən xilasedicilər onu xilas etdilər .

Quruya çıxardılan Məmməd Ç. təcili yardımla xəstəxanaya çatdırıldı. Şok keçirən ana, ata və bacısına sağlamlıq vəzifəliləri müdaxilə etdi. Polis hadisələ əlaqədar iş başlatdı.