Qatil ata: Qızını bıçaqladı və onun cəsədi ilə 1 saat avtomobildə gəzdi


Petrit Lekaj, 20 yaşlı qızı Sabrina ilə ictimai həyatı və keçirdiyi həyat tərzi ilə bağlı heç cür barışmırdı. Ata-qızın mübahisəsi sonunda qorxunc bir hadisə ilə bitib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, dəhşətli hadisə Avstraliyada yaşanıb . Sabrina Lekaj, yoldaşlarıyla tez-tez çölə çıxan və ictimai həyatıyla diqqət çəkən  gənc bir qız idi.
Ancaq 49 yaşlı atası Petrit Lekaj, 20 yaşlı qızının həyat tərzini bəyənmirdi. İddiaya görə ata qızıyla üzləşmək və danışmaq istəyib.

Əlinə bıçaq alaraq qızını qorxutmaq istəyən ata, Sabrinanı avtomobilinə mindirib. Avtomobildə gedərkən qızıyla mübahisəyə başlayıb və gözün dönmüş ata öz doğmasını bıçaqlayaraq öldürüb.



Qızını səkkiz dəfə bıçaqlayan cani ata, çıxarıldığı məhkəmədə həbs olunub. Məqsədinin narkotikaya qurşanan qızını qorxutmaq olduğunu iddia edən ata həbs olunub.
Cinayətin detalları isə tüklər ürpərdir. Cani atanın, Sabrinanı öldürdükdən sonra qızının cəsədi ilə təxminən bir saat avtomobillə yavaş sürətdə gəzdiyi ortaya çıxıb.

Petrit Lekaj patrul keşiyi çəkən polis tərəfindən dayandırılan zaman qorxunc gerçək ortaya çıxıb və adam dərhal həbs olunub.

Qatil ata avtomobilə minməmişdən əvvəl yanında bıçaqı götürdüyünü etiraf edib, ancaq qızını yalnız qorxutmaq istədiyini, öldürmək kimi bir niyyəti olmadığını iddia edib.



Dünənki məhkəmədə Petrit Lekaj  ömürlük həbs cəzasına məhkum edilib. Cani atanın ayrıca heroin satmaqdan da məhkumluğu olduğu bildirilib.

Hakim Trish Kelly, universitetdə tibb təhsili almaqda olan qızını öldürən  atanın heroin satdığını vurğulayaraq, qızını narkotika istifadə etdiyi səbəblə öldürməsinin "ironik" olduğunu ifadə edib.



QCani atanın vəkili Ben Sale isə Sabrinanın "ilk göz ağrısı" olduğunu və yaşadığı ikili həyat səbəbiylə atasını hiddətləndirdiyini iddia edib.

Məhkəmədə, atanın bu günə qədər narkotiklə əlaqədar məhkumluqları bir-bir açıqlanıb.

İlk dəfə 1994-cü ildə heroin satdığı üçün həbs olunan adamın, daha sonra 2007 və 2009-cu illərdə də həbsxana həyatı yaşadığı bildirilib.

Turan