Azərbaycanda daha bir gənc qız itkin düşdü

Bakıda gənc qız itkin düşüb.
Lent.az -ın məlumatına görə, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yaşayan 19 yaşlı Baxşəliyeva Fatimə Hamlet qızı fevralın 24-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə onun atası H.Baxşəliyev Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Digər itkin düşmə hadisəsi Nərimanov rayonunda qeydə alınıb.
Rayonun Oktay Salamzadə küçəsində yaşayan 31 yaşlı Məhərrəmov Rüfət Binnət oğlu martın 1-də, səhər saat 11 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə onun qardaşı M.Məhərrəmov Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə ərizə ilə müraciət edib.

Hər iki faktla bağlı göstərilən polis orqanlarında araşdırma aparılır.