Azərbaycanda faciə: 5 yaşlı uşaq yolda öldü

Ağsuda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az -ın məlumatına görə, hadisə aprelin 14-də saat 17:30-da rayonun Cəlayir kəndi ərazisində baş verib. Kənd sakini 33 yaşlı Qiyasov Emin Azər oğlu idarə etdiyi “Vaz-2107” markalı avtomobillə yolu keçən piyada 2015-ci il təvəllüdlü Əsədova Gülər İxtiyar qızını vuraraq öldürüb.