Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Sherg.az FHN-nin saytına istinadən xəbər verir ki,  Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.