Koronavirusa yoluxan Bəhram Bağırzadənin vəziyyəti ağırdır


Koronavirusa yoluxan Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə Trend-ə sənətkarın yaxın ətrafından məlumat verilib.

Əməkdar artist hazırda müalicə olunur, reanimasiya şöbəsinə yerləşdirilib və ona süni tənəffüs aparatı qoşulub.

Qeyd edək ki, Bəhram Bağırzadə - Azərbaycanın Əməkdar artisti, Rəssamlar İttifaqının, Fotoqraflar Birliyinin və Karikaturaçılar Birliyinin üzvü, yazıçı, aktyor və rejissor, əfsanəvi XX əsrin çempionları "Parni iz Baku" KVN komandasının üzvü və otuzdan çox kitabın müəllifidir.