“Kobra” atraksionu relsdən çıxdı: ölən və yaralanan var

Danimarkada  yerləşən “Tivoli Friheden” adlı əyləncə parkında “Kobra” atraksionu relsdən çıxıb.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki,  faciəvi hadisə nəticəsində 14 yaşlı qız həyatını itirib, 13 yaşlı oğlan isə yaralanıb. Qəzadan sonra əyləncə parkı bağlanıb. Polis hadisə ilə bağlı araşdırma başladıb.
Əyləncə parkının saytında yer alan məlumata görə, uzunluğu 400 metr olan “Kobra” adlı qatar saatda 70 kilometr sürətlə hərəkət edir.
Həmçinin sözügedən əyləncə parkında 2008-ci ildə buna bənzər qəza baş verib və 4 nəfər yaralanıb.