Qazaxıstanda AES-də qəza baş verdi

Qazaxıstanda Atom Elektrik Stansiyasında qəza baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanın cənub-qərbində yerləşən Manqistau Atom Elektrik Stansiyasında (MAEK) baş vermiş qəza ilə əlaqədar elektrik enerjisi kəsintisi baş verib.

“MAEK-in ikinci istilik elektrik stansiyasında iki turboaqreqat dayanıb və bu da istehlakçıların elektrik enerjisinin kəsilməsinə gətirib çıxarıb”, - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, bir müddət sonra daha bir qəza baş verib. Belə ki, MAEK-in istilik elektrik stansiyasında üçüncü bloku sıradan çıxıb.

MAEK-də qəza-bərpa işləri başa çatana qədər istehlakçılara elektrik enerjisinin verilməsində məhdudiyyətlər tətbiq edilib.