İstanbulda tarixi bina çökdü: Dağıntılar altında qalan var

 Türkiyənin İstanbul şəhərində Beşiktaş Kuruçeşme səmtində təmir işləri aparılan tarixi binada çökmə baş verib.

Dağıntılar altında qalan bir şəxsin xilas edilməsi üçün qrupların axtarış işləri davam edir.

Hadisə yerinə yanğınsöndürənlər və tibb qrupları cəlb ediliblər. Polis ərazidə geniş təhlükəsizlik tədbirləri görüb.