Ağstafada piyadanı avtomobil vuraraq öldürüb

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1947-ci il təvəllüdlü Raya Rəşid qızı Məlikovanı avtomobil vurub.

O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.