Qusar-Quba yolunda avtobus aşıb

Qusardan Quba istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb.

Bu barədə “Report”un Şimal bürosu xəbər verir.

İlkin məlumata görə, hadisə Quba rayonunun Digah kəndində baş verib.

Qeyd olunub ki, qəza nəticəsində 19 nəfər yaralanıb.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.