Şəmkir sakini avtomobilin içərisində yanaraq ölüb

Şəmkir rayon sakini avtomobilin içərisində yanaraq ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Belə ki, "VAZ" markalı avtomobilin yanması nəticəsində avtomobilin sürücüsü, Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Zamiq Böyükkişiyev yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.