Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb

Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə qeydə alınıb.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir.